NATO-nun Vilnüs sammitində Ukrayna alyansdakı gələcəyi ilə bağlı dəqiq cavab almalıdır.
AzerTimes xəbər verir ki, bu barədə o, Kiyevdə Polşa Prezidenti Andjey Duda və Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransında bildirib.
“Əgər alyans qüdrətli olmaq istəyirsə və öz mövcudluğunu Ukraynasız görmürsə, biz də NATO-da gələcəyimizlə bağlı dəqiq və konkret cavab almaq istəyirik”, – Zelenski qeyd edib.
“Biz başa düşürük ki, müharibə zamanı NATO-nun üzvü ola bilmərik. Amma əmin olmalıyıq ki, müharibədən sonra biz onun üzvü olacağıq və bu, bizim almaq istədiyimiz siqnaldır”, – Ukrayna lideri deyib.