Avropa Birliyinin Rusiya ilə asanlaşdırılmış viza rejimini dayandırmaq qərarı nəticəsiz qalmayacaq.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
O qeyd edib ki, əgər AB bir daha Rusiyanın “ayağına güllə atmaq” qərarına gəlsə, Moskva cavab olaraq, gözlənilməyən həm simmetrik, həm də asimmetrik tədbirlər görə bilər:
“AB-nin Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini pozması, yayınması və ya ondan çıxması nəticəsiz qalmayacaq. Tədbirlərin simmetrik, asimmetrik olub-olmayacağına özümüz qərar verəcəyik. Əgər Brüssel bir daha öz ayağına atəş açmaq qərarına gəlsə, bu, onların seçimidir”.
Qeyd edək ki, çərşənbə günü AB-nin baş diplomatı Josep Borrell bildirib ki, birlik ölkələri Rusiya ilə viza rejiminin sadələşdirilməsini tamamilə dayandırmaq üçün siyasi razılaşma əldə ediblər, lakin Rusiya vətəndaşlarının müəyyən kateqoriyaları hələ də AB vizalarını ala biləcəklər.