Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır

Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq.

AzerTimes xəbər verir ki, bu barədə Report-a Komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat verib.

O bildirib ki, Komissiyasının bu il indiyədək 5 iclası keçirilib:

“Növbəti iclas isə mayın 22-nə təyin olunub. Həmin iclasdan sonra daha bir toplantının da keçirilməsinə ehtiyac ola bilər”.

R.Məcid qeyd edib ki, ötən müddətdə Komissiyaya ümumilikdə 5 minə yaxın müraciət daxil olub: “Qaydalara uyğun olan müraciətlərin sayı isə təxminən 500-ə yaxın idi. Hər iclasda təxminən 100 müraciətə baxılır, səsvermədən sonra qərar qəbul olunur”.

Onun sözlərinə görə, əfv müraciətlərinin sırasında ağır cinayətlərdən tutmuş, ehtiyatsızlıqdan törədilən cinayətlərə qədər var: “Bütün müraciətlərə, o cümlədən əcnəbilərin və qadınların əfv üçün müraciətlərinə baxılır, hər biri ətrafında geniş müzakirələr aparılır”.

Teqlər: