Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub.

AzerTimes-ın məlumatına görə, iclasın martın 6-da keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 6 iclası keçirilib və daxil olan müraciətlərin 650-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Teqlər: