Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası vaxtı məlum olub.
AzerTimes-ın məlumatına görə, növbəti iclasın martın 17-də keçirilməsi nəzərdə tutulur.
Komissiyanın 9 iclası keçirilib və daxil olan yeni müraciətlərin 950-dən çoxuna baxılıb.
Komissiya iclaslarının bu həftə yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.