Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası ümumilikdə 1000-dən artıq müraciətə baxacaq.
AzerTimes-ın məlumatına görə, komissiya bütün kateqoriyalardan olan müraciətlərə baxır. Mülkiyyət əleyhinə, sağlamlıq əleyhinə cinayətlər, iqtisadi cinayətlər, korrupsiya və rüşvətxorluqla bağlı cinayətlər, məişət zorakılığı ilə bağlı və digər cinayətlərlə bağlı müraciətlər, o cümlədən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə komissiya tərəfindən baxılır.
Qeyd edək ki, komissiyanın 8 iclası keçirilib və daxil olan yeni müraciətlərin 850-dən çoxuna baxılıb. Növbəti iclas martın 13-də keçiriləcək.
Komissiya iclaslarının gələn həftə yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.