22 mayda Əfv Komissiyasının növbəti iclası keçiriləcək.
Bu sözləri AzerTimes-a Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib.
“Əlavə olaraq, sonrakı günlərdə də iclas keçirilə bilər. Hər iclasda yüzdən artıq müraciətə baxılır. Proses yekunlaşdıqdan sonra sənədlər Cənab Prezidentə təqdim olunacaq”, – R.Məcid bildirib.
Qeyd edək ki, komissiyanın bu il indiyədək 5 iclası keçirilib və 500-ə yaxın müraciətə baxılıb.