“Mançester Siti”nin və “Real Madrid”in keçmiş futbolçusu Robinyo qrup şəklində zorlamada iştiraka görə 9 il həbs cəzasına məhkum edilib.
AzerTimes xəbər verir ki bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, 2013-cü ilin yanvarında İtalyanın Milan çəhərindəki gecə klublarının birində 23 yaşlı qıza qarşı törədilən bu hadisədə onun dostu Rikardo Falko da təqsirləndirilib.
Onlar əvvəlcə ittihamları rədd etsə də, Robinyonun vəkili məhkəmədən sonra braziliyalı futbolçunun cəzanı qəbul etdiyini bildirib.