“Qızıl top”un sahibi, 88 yaşlı əfsanəvi ispan futbolçu Luis Suares Miramontes dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, Miramontes karyerası ərzində “Deportivo”, “Espanya İndustrial”, “Barselona”, “İnter” və “Sampdoriya”da çıxış edib.
1964-cü ildə İspaniya millisi ilə Avropa çempionu olan Miramontes 1960-cı ildə “Qızıl top”u alıb.