Braziliya millisinin keçmiş üzvü Romario “Amerika” klubunun prezidenti olub.
AzerTimes xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Braziliya təmsilçisi ölkəsinin ən köklü komandalarından biridir.
Qeyd edək ki, Romario 1994-cü ildə Braziliya yığması ilə dünya çempionu olub. Əfsanəvi forvard karyerasında İspaniyanın “Barselona” və Niderlandın PSV klublarının da formasını geyinib.