Əfsanəvi boksçu Taysonu döyüşə çağırdı

Əfsanəvi boksçu Taysonu döyüşə çağırdı

Əfsanəvi boksçu Evander Holifild ağır çəkidə sabiq dünya çempionu Mayk Taysonu döyüşə dəvət edib.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, “Dəmir Mayk” artıq onun çağırışına reaksiya verib. Evanderin 62, Maykın isə 58 yaşı var.

“Azarkeşlər bunu, bizim mübarizəmizi istəyirlər. Bu, yarımçıq qalan işdir”, – deyə Evander sosial media vasitəsilə Mayka müraciət edib.

“Mən səni sevirəm, qardaş, amma trilogiya bizim dostluğumuzdur”, – deyə Mayk cavab verib.

Holifild karyerasında iki dəfə Taysonla qarşılaşıb və ilk dəfə 11-ci raundda texniki nokautla qalib gəlib. İkinci döyüşdə Mayk Evanderin qulağının bir parçasını dişləyib və diskvalifikasiya edildikdən sonra qələbə Holifildə verilib.

Teqlər: