Əfqanıstanın yeni hökumətinin başçısı Molla Məhəmməd Həsən Axund keçmiş Əfqanıstan rəsmilərinə vətənlərinə qayıtmaları üçün müraciət edərək onların təhlükəsizliyini təmin edəcəklərinə söz verib.
AzerTimes-ın məlumatına görə, bu barədə baş nazir “Al Jazeera” televiziya kanalının efirində deyib.
O bildirib: “Keçmiş məmurları ölkəyə qayıtmağa çağırırıq, onların təhlükəsizliyinə zəmanət veririk”.