Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi Pakistan rəhbərliyi ilə geniş tərkibli danışıqlar aparmaq üçün yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri kimi çərşənbə günü Pakistana üç günlük səfərə gəlib.
Trend xəbər verir ki, Müttəqini Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiq və Pakistan baş nazirinin ticarət, tekstil, sənaye və istehsal və investisiyalar üzrə müşaviri Əbdül Rəzak Davud qarşılayıblar.
Pakistan Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib ki, səfər Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşinin oktyabrda Kabilə səfərinin davamı olaraq həyata keçirilir.
Müzakirələr Pakistan-Əfqanıstan münasibətləri, digər məsələlərlə yanaşı, genişləndirilmiş ticarət, tranzit ticarətin asanlaşdırılması, transsərhəd hərəkət, quru və hava əlaqələrini əhatə edəcək.