Əfqanıstanın müdafiə naziri vəzifəsini icra edən Bismillah Məhəmmədinin evinin yaxınlığındakı avtomobilin partlaması nəticəsində ən az 4 nəfər ölüb, daha 20 nəfər yaralanıb. Bundan sonra təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında qarşıdurma olub.
AzerTimes-ın məlumatına görə, bu barədə AFP agentliyi Əfqanıstanın təhlükəsizlik xidmətində olan mənbələrə istinadən bildirib.
Mənbələr avtmobilin kamikadze tərəfindən idarə edildiyini qeyd ediblər.