Əfqanıstanda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən 2300 sağlamlıq müəssisəsinin təxminən 90 faizi tezliklə öz faəliyyətini dayandıra bilər.
AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizində təcili əməliyyatlar bölməsinin rəhbəri Rik Brennan bildirib.
R.Brennan qeyd edib: “[Tibb müəssisələrinin] böyük bir hissəsinin fəaliyyətini dayandırnağa hazırlaşırıq. Bəzi hesablamalara görə, həftənin sonuna qədər onlardan 90 faizə yaxını fəaliyyətini dayandıracaq”.
O əlavə edib ki, bu koronavirus xəstəliyin və xəstəlikdən ölüm halların artması ilə əlaqələndiriləcək.