Əfqanıstanın qərbində və qonşu əyalətlərdə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2 445 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Herat əyalətinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin direktoru Mavlavi Aşarinin sözlərinə görə, Herat rayonunda 13 kənd tamamilə dağılıb.
Xatırladaq ki, Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.