Əfqanıstanda 4,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.
Zəlzələ yerin 55 kilometr dərinliyində meydana gəlib.
Qeyd edək ki, tələfat və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, oktyabrın 7-də də Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib, 2400-dən çox insan ölüb, 10 000-dən çox insan yaralanıb, 20-yə yaxın kənd tamamilə xarabalığa çevrilib.