Xəbər - Orxan Nəbiyev – Trend:
Əfqanıstanda “Taliban” hərəkatının siyasi bölməsinin rəhbəri Əbdül Qani Bəradər yeni xarici işlər naziri təyin edilib.
Trend-in məlumatına görə, bu barədə Əfqanıstan mətbuatı bildirir.
Bundan başqa, hərəkatın birinci lideri Molla Ömərin oğlu Molla Yaqubun müdafiə naziri, Xəlifə Haqqaninin isə daxili işlər naziri vəzifəsinə təyin olunacağı məlumat verilib.
Xatırladaq ki, “Taliban” avqustun 15-dən etibarən paytaxt Kabil üzərində nəzarəti ələ keçirdiyini bildirib. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.