Əfqanıstanın Herat şəhərində 6,3 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Yeraltı təkanların ocağı 8,2 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, oktyabrın 7-də Heratda baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində 2500-dən çox insan həlak olmuşdu.