Əfqanıstanın Zabul əyalətində terror aktı törədilib.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə,yol kənarına yerləşdirilən partlayıcı qurğu ilə sərnişin avtobusu partladılıb.
Məlumata əsasən, partlayış nəticəsində azı 16 nəfər həlak olub.
Xatırladaq ki, ötən gün Kabildə qızlar məktəbinin yaxınlığında törədilən partlayış nəticəsində 68 nəfər ölüb, 160 nəfər isə xəsarət alıb. Ölənlərin əksəriyyəti 11-15 yaşlı məktəblilər olub.