Əfqanıstanda tarixi eksponatların ölkədən çıxarılması qadağan edilib

Taliban bütün Əfqanıstandan xaricə tarixi eksponatların çıxarılmasını qadağan edib.

Trend “TASS”a istinadən xəbər verir ki, açıqlamada deyilir: “Biz bütün vətəndaşlara bildiririk ki, hər hansı bir bəhanə ilə ölkədən əntiq əşyaların qaçaqmalçılığı və ya ölkədən çıxarılması qəti qadağandır. Bu baxımdan diqqətinizə çatdırırıq ki, bu əşyalar kimdəsə aşkar edilsə, dərhal müsadirə ediləcək və onların sahibləri qanun çərçivəsində cəzalandırılacaqlar”.