Əfqanıstanın Balx vilayətində silahlıların hücumu nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin ən azı 8 əməkdaşı həlak olub.
AzerTimes-ın məlumatına görə, bu barədə “1TV” telekanalı polisə istinadən xəbər verib.
Məlumata əsasən, söhbət “Taliban” hərəkatı tərəfdarlarının hücumundan gedir.
Kanal mənbələrinin verdiyi məlumata görə, hadisə nəticəsində 12 silahlı ölüb, daha dörd nəfər yaralanıb.