Əfqanıstanda silahlılar “HALO Trust” təşkilatının 10 əməkdaşını öldürüblər

Əfqanıstanda naməlum silahlılar Böyük Britaniya və ABŞ-ın minaların və partlamamış sursatların zərərsizləşdirməsi istiqamətində fəaliyyət göstərən “HALO Trust” qeyri-kommersiya təşkilatının əməkdaşlarına hücum ediblər.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, hücum nəticəsində təşkilatın azı 10 əməkdaşı öldürülüb, 14-ü isə yaralanıb.

Əfqanıstanın “1TV” telekanalının məlumatına əsasən, insident ölkənin Bağlan əyalətində baş verib.


Əfqanıstan rəsmiləri hücumun Taliban hərəkatı tərəfindən həyata keçirildiyini hesab edirlər.