Əfqanıstanın Herat şəhərində “Taliban” hərəkatı və silahlı qruplaşma arasında baş verən silahlı toqquşmada azı 17 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bu barədə yerli “Ettelaat” qəzeti xəbər verib.
Məlumata əsasən, şəhərin küçələrində nahar vaxtı başlayan atışma bütün gün davam edib. Ölənlər arasında yeddi uşaq və üç qadın da var. Bundan əlavə, bir neçə mülki şəxs yaralanaraq xəstəxanaya çatdırılıb.