Əfqanıstanda aramsız yağışlar səbəbindən meydana gələn sel fəlakətində ölənlərin sayı 70-ə, yaralıların sayı isə 56-ya çatıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə İdarəsinin sözçüsü Janan Saeq deyib.
O, sel zamanı 2,5 mindən çox evin dağıldığını və ya zərər gördüyünü, 2 mindən çox heyvanın tələf olduğunu, hektarlarla kənd təsərrüfatı ərazisinin də yararsız hala düşdüyünü bildirib.
Əfqanıstan Meteorologiya Xidməti leysanın daha 4 gün davam edəcəyi barədə xəbərdarlıq edib.