Keçmiş qadın deputat Mürsəl Nəbizadə və onun mühafizəçisi paytaxt Kabildəki evində naməlum şəxslər tərəfindən güllələnib.
AzerTimes xəbər verir ki, bu barədə Əfqanıstan polisi məlumat yayıb.
“Nəbizadə və onun mühafizəçisi saat 3 radələrində eyni otaqda güllələnib.
Hadisə zamanı onun qardaşı və ikinci mühafizəçisi də yaralanıb. Üçüncü mühafizəçi isə pul və qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıb”,- məlumatda deyilir.
Qeyd edək ki, Nəbizadə Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra Kabildə qalan azsaylı qadın parlamentarilərdən biri idi. O, Parlamentin Müdafiə Komissiyasının üzvü olub və özəl qeyri-hökumət qrupunda, İnsan Resurslarının İnkişafı və Tədqiqatı İnstitutunda işləyib.