Əfqanıstanda partlayışda ölənlərin sayı 60-ı keçdi

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın Qəndəhar şəhərində məsciddə törədilmiş partlayış nəticəsində həlak olanların sayı 62 nəfərə çatıb.

Trend-in məlumatına görə, 60-dan çox yaralının olduğu deyilir.

Qeyd olunur ki, partlayışın məsciddə cümə namazı zamanı törədildiyi bildirilib. Hücumun dörd nəfər tərəfindən törədildiyi deyilir.


Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.