Əfqanıstanda növbəti güclü zəlzələ…

Əfqanıstanda növbəti güclü zəlzələ…

Əfqanıstanın Bədəxşan əyalətində dünən axşamdan bəri baş verən zəlzələlərdən sonra yenidən 5,2 bal gücündə zəlzələ olub.

AzerTimes xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 17:53-də baş verən 5,2 bal gücündə zəlzələnin episentrinin Bədəxşanın Curm rayonu olduğunu açıqlayıb. Zəlzələnin 75 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Zəlzələlər qonşu Özbəkistan, Tacikistan və Pakistanda hiss olunsa da, Taliban administrasiyası hələ də dəymiş ziyanla bağlı açıqlama verməyib.

Teqlər: