Taliban hökuməti Əfqanıstanda musiqi alətlərini müsadirə etməyə başlayıb.
AzerTimes xəbər verir ki, artıq ölkədə minlərlə dollar qiymətində gitaralar, klaviaturalar, xalq zərb alətləri, gücləndiricilər və dinamiklər həftə sonu Herat vilayətində Taliban polisi tərəfindən yandırılıb.
Taliban bu addımını musiqinin cəmiyyəti mənəvi tənəzzülə aparması ilə əsaslandırıb.
Qeyd edək ki, musiqi alətlərinin əksəriyyəti şadlıq evlərindən müsadirə olunub.