Əfqanıstanın Qəndəhar şəhərində minaatan mərminin avtomobilə atılması nəticəsində ən azı 7 mülki şəxs həlak olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Ariana News televiziya kanalı bildirib.
Məlumata əsasən, ölənlər arasında qadınlar və uşaqlar da olub. Ətraflı məlumat verilməyib.
Qeyd olunub ki, Əfqanıstanın hüquq-mühafizə orqanları hücumun təşkil edilməsində məsuliyyəti “Taliban” üzvlərinin üzərinə qoyublar.