Əfqanıstanda Milli Müqavimət Cəbhəsinin nümayəndələri ilə “Taliban” hərəkatının nümayəndə heyəti arasında ilk birbaşa danışıqlar keçirilib.
AzerTimes-ın məlumatına görə, bu barədə öz “Facebook” səhifəsində “Taliban”a tabe olmayan şimalın Pəncşir vilayətini təmsil edən Əbdül Hafiz Mənsur bildirib.
Onun sözlərinə görə, danışıqlar xoş mühitdə keçirilib: “Bu, ilk dəfədir ki, iki tərəfin nümayəndələri birbaşa dialoq aparıblar”.
O əlavə edib ki, tərəflər bir-birinin mövqelərinə silahlı hücumların qarşısını almaq üçün sülh mövzusunda dialoqu davam etdirmək barədə razılığa gəliblər.