Əfqanıstanda məsciddə törədilən terror qurbanlarının sayı 150-yə çatıb

Əfqanıstanın Kunduz vilayətində Seyid-Abad şiə məscidində baş verən terror aktının qurbanlarının sayı 150-yə çatıb.

AzerTimes-ın məlumatına görə, bu barədə yerli “Ettelaat-e ruz” qəzeti bölgənin güc strukturlarındakı mənbələrə istinadən bildirib.


Ən az 200 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralananlar arasında çoxlu sayda uşaq və yeniyetmə var.