Əfqanıstanın Kabil şəhərinin qərb hissəsində yerləşən Şah Suri məscidində partlayış olub.
Bu barədə “TOLOnews” Əfqanıstanın Səhiyyə Nazirliyinə istinadən xəbər verib.
Hadisə nəticəsində dörd nəfər, o cümlədən məscidin axundu həyatını itirib. Daha beş nəfər xəsarət alıb.
Telekanalın məlumatına görə, cümə namazı zamanı əldəqayırma partlayıcı qurğu partlayıb.