Əfqanıstanda yeni leysan və daşqınlar nəticəsində azı 50 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, cümə günü başlayan yağış nəticəsində neçə nəfərin xəsarət aldığı barədə məlumat dəqiqləşdirilir. Daşqınlar nəticəsində 2 min ev tamamilə dağılıb, 4 mini qismən zədələnib, 2 mindən çox mağaza su altında qalıb.