Xəbər - Orxan Nəbiyev – Trend:
Əfqanıstanın şimal-qərbində Rixter cədvəli ilə 5,6 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, yeraltı təkanlar 272 min əhalinin yaşadığı Herat şəhərindən 154 kilometr şimal-şərqdə baş verib.
Zəlzələnin episentri yerin 30 kilometr dərinliyində qeydə alınıb.
Hər hansı bir itki və ya fəsad barədə məlumat verilməyib.