Əfqanıstanda güclü zəlzələ baş verdi

Əfqanıstanda güclü zəlzələ baş verdi

Əfqanıstanın Bağlan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar İnstitutu məlumat yayıb.

Zəlzələnin 16,4 km dərinlikdə meydana gəldiyi bildirilib.

Paytax Kabillə yanaşı, Tacikistan və Özbəkistanın sərhəd bölgələrində də yeraltı təkanlar hiss edilib.

Qeyd edək ki, iyun ayında Əfqanıstanda 5,9 bal gücündə zəlzələ nəticəsində 1200-dən çox insan həyatını itirmişdi.

Teqlər: