Əfqanıstanda güclü qar, leysan və soyuq hava nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 30-a yaxın insan xəsarət alıb.
AzerTimes xəbər verir ki, bu barədə “Tolo Nyus” telekanalı məlumat yayıb.
Bildirilib ki, kəskin hava şəraiti nəticəsində on minlərlə baş mal-qara da tələf olub. Qeyd olunur ki, pis hava şəraitinin nəticələrini aradan qaldırmaq üçün əyalətlərdə komitələr yaradılıb.