Əfqanıstanın Pərvan əyalətində yanacaqdaşıyan maşının partlaması nəticəsində 19 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Daha 32 nəfər zərərçəkən Pərvan vilayətinin inzibati mərkəzi olan Çarıkar şəhərinin xəstəxanalarına çatdırılıb.
Hadisənin təfərrüatları açıqlanmır.