Əfqanıstanda daha bir güclü zəlzələ oldu

Əfqanıstanda daha bir güclü zəlzələ oldu

Əfqanıstanda 5,1 bal gücündə zəlzələ olub.

AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ ocağı əhalisi təqribən 161 min nəfər olan Kunduz şəhərindən 116 km uzaqlıqda yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, yanvarın 3-də də Əfqanıstanda 5,9 bal gücündə yeraltı təkan olub.

Teqlər: