Xəbər - Orxan Nəbiyev – Trend:
Əfqanıstanda hazırkı vəziyyətdə başlıca prioritetimiz vətəndaşlarımızın təxliyəsidir.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfəri ərəfəsində mətbuat konfransında deyib:
“Əfqanıstandakı vətəndaşlarımızın, Silahlı Qüvvələrin şəxsi heyətinin təxliyəsi davam etdirilir. Bu proses qısa zamanda başa çatacaq”.
Türkiyə prezidenti Kabil hava limanının işlədilməsi ilə bağlı təkliflərin olduğunu bildirib:
“Zərurət olacağı təqdirdə, biz hər kəslə danışıqlara gedə bilərik. “Taliban”la səfirliyimizdə 3,5 saata yaxın danışıqlar keçirilib. Danışıqlarla mövcud prosesin daha sağlam yürüdülməsinə çalışırıq. “Taliban” bizə Kabil hava limanın işlədilməsini təklif edib. Bununla bağlı hələlik hər hansı qərar verməmişik”.