Əfqanıstanın Bəlx vilayətində avtobusa silahlı basqın edilib.
AzerTimes xəbər verir ki, silahlı hücum nəticəsində Məzari-Şərif şəhərinin hava limanının iki əməkdaşı həlak olub, daha 7 nəfər yaralanıb.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.