Əfqanıstanda Tacikistanla sərhəd yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Bədəxşan vilayətinin İşkaşim şəhərindən təqribən 13 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 103 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.