Əfqanıstan və Pakistanda güclü zəlzələ: ölənlər var

Əfqanıstan və Pakistanda güclü zəlzələ: ölənlər var

2023.03.21. 21:42

Əfqanıstanın şimal-şərqində 6,5 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Əfqanıstanın Bədəxşan əyalətinin Cirm kəndindən 38 kilometr cənub-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, yeraltı təkanlar Özbəkistan, Qırğızıstan və Pakistan kimi qonşu ölkələrdə də hiss edilib.

***

Zəlzələ nəticəsində Pakistanın Hayber Paxtunxva əyalətində azı iki nəfər həlak olub, xeyli sayda yaralı var. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə daha iki nəfər həlak olub.

Bu barədə Pakistan mediası məlumat yayıb.

Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Yeraltı təkanlar Hayber-Paxtunxvadan başqa Pakistanın digər bölgələrində, o cümlədən Peşəvər, Lahor, Kvetta, Ravalpindi və İslamabadda da hiss olunub.

Teqlər: