Əfqanıstan Rusiyadan 1 milyon barrel neft alacaq

Əfqanıstan Rusiyadan 1 milyon barrel neft alacaq

Əfqanıstan Rusiyadan təxminən bir milyon barrel neft almağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bunu Əfqanıstanın sənaye və ticarət naziri Nuriddin Əzizi deyib.

“Biz Rusiyadan bir milyona yaxın istədik, əgər Rusiya daha çox göndərə bilərsə, deməli bu, problem deyil”,- o bildirib.

Nazir əlavə edib ki, neft-qaz layihəsi Əfqanıstan tərəfi üçün ən vacib layihə olacaq:

“Rusiyanın hansısa əfqan məhsullarına ehtiyacı olması şərti ilə biz barter ticarəti variantını da nəzərdən keçirmək istərdik”.

Teqlər: