Əfqanıstan rəsmisindən Tehranda İrana hörmətsizlik

Əfqanıstan rəsmisindən Tehranda İrana hörmətsizlik

Tehranda keçirilən 38-ci Beynəlxalq İslam Birliyi Konfransında İranın dövlət himni çalınan zaman bütün qonaqların ayağa qalxmasına baxmayaraq, Taliban hökumətinin nümayəndəsi Əzizülrəhman Mənsur yerindən durmayıb.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İran prezidentinin də iştirak etdiyi konfransda Taliban nümayəndəsinin bu hərəkəti İran rəsmiləri və mediasının etirazına səbəb olub.

İran Prezidenti Məsud Pezeşkianın Əfqanıstan məsələləri üzrə müavini Həsən Kazımi Qomi Taliban nümayəndəsinin hərəkətini diplomatik qaydalara hörmətsizlik adlandırıb.

Teqlər: