Əfqanıstanın keçmiş prezidenti Hafizullah Amini iqamətgahına basqın zamanı şəxsən məhv edən Rusiyanın “Alfa” xüsusi təyinatlılarının üzvü Aleksandr Plyusnin 73 yaşında ölüb.
AzerTimes xəbər verir ki, o, o, sambo üzrə SSRİ DTK-nın dəfələrlə çempionu olub.
Aleksandr Plyusnin 27 dekabr 1979-cu ildə həyata keçirilən “Fırtına-333” (Əfqanıstan diktatorunun Kabilin kənarındakı sarayına hücum) və “Baykal-79” (Kabildəki strateji obyektlərin ələ keçirilməsi) əməliyyatlarında fəal iştirak edib.
Məhz həmin əməliyyat zamanı Hafizullah Amin öldürülmüşdü.