Əfqanıstan ordusu “Taliban”ın kəşfiyyat xidmətinin rəhbərini zərərsizləşdirib

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın təhlükəsizlik qüvvələri “Taliban” hərəkatının kəşfiyyat xidmətinin rəhbəri Kari Şaqasini zərərsizləşdirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin əməliyyatı Loqar əyalətində keçirilib.

Əməliyyat zamanı, həmçinin K.Şaqasinin iki əlaltısı saxlanılıb.