Əfqanıstan BVF-dən ölkə üçün ayrılan maliyyə yardımını ala bilmir

Taliban hərəkatı hakimiyyətləri rəsmi olaraq beynəlxalq səviyyədə taninmayana qədər Beynəlxalq Valyuta Fondunun (BVF) Əfqanıstana ayrılan vəsaitlərdən istifadə edə bilməyəcək.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə BVF-nin mətbuat xidmətinin yazılı bəyanatında deyilir.

“Hər zaman olduğu kimi, BVF beynəlxalq birliyin rəyini rəhbər tutur. Hazırda beynəlxalq birlikdə Əfqanıstanda hökumətin tanınması ilə bağlı aydınlıq yoxdur, bunun nəticəsində ölkə XBH (Xüsusi borcalma hüquqları, BVF-nin hesab vahidi) və ya BVF-in digər vəsaitlərini əldə edə bilməyəcək”, – sənəddə qeyd olunur.

Xatırladaq ki, avqustun əvvəlində fondun İcraiyyə şurası pandemiyadan təsirlənən qurumun üzv ölkələrinə iqtisadiyyatlarının yenidən qurulmasına kömək etmək üçün 650 milyard dollar ekvivalentində XBH ayrılmasını təsdiqləyib.

Teqlər: