Taliban rəsmiləri Qətərdə ABŞ nümayəndə heyəti ilə iki gün danışıqlar aparıblar.
Trend “Lenta.ru”ya istinadən xəbər verir ki, tərəflər ABŞ-dan Əfqanıstana humanitar yardımların çatdırılması və xeyriyyə təşkilatlarına dəstək barədə razılığa gəliblər.
Qeyd edilir ki, Taliban Əfqanıstanın alacağı yardımın “siyasi mövzularla əlaqəli olmamasını” vurğulayıb.
Əfqanıstanın yeni hökumət və ABŞ nümayəndələri diplomatik əlaqələrin inkişafı üçün səy göstərməyə, lazım gəldikdə isə, gələcəkdə oxşar görüşlərin keçirilməsi barədə müsbət qərar veriblər.