Keçirdiyi avtomobil qəzasından sonra efirdən uzaqlaşan Aytən Səfərova bundan sonra onlayn dərslər verəcək.
AzerTimes xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
O, aparıcı olmaq istəyənlərə səlist danışığı, diksiya və düzgün tələffüzü öyrədəcəyini bildirib.
Qeyd edək ki, A.Səfərova avtomobili ilə qəza törədib. Hadisə səhər saat 06:50 radələrində aparıcı işə gedərkən baş verib. “Hunday” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 2005-ci il təvəllüdlü Ayxan Əliyev isə vəfat edib.